“Ağıllı şəhər - Bakı” layihəsi çərçivəsində onlayn respublika kuboku təşkil olunacaq

“Ağıllı şəhər - Bakı” layihəsi çərçivəsində onlayn respublika kuboku təşkil olunacaq

 

Bakı, 3 mart, AZƏRTAC

Martın 14-də “Ağıllı şəhər - Bakı” layihəsi çərçivəsində VI-IX sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə onlayn respublika kuboku keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın bütün bölgələrini əhatə edən yarış iki mərhələdən ibarətdir. Birinci zona seçimi mərhələsində uğur qazanan komandalar final mərhələsində iştirak hüququ əldə edəcək. Birinci mərhələdə iştirak üçün 500-ə yaxın komanda müraciət edib. Müraciət edənlər sırasında Gəncə-Qazax məktəbliləri çoxluq (150 müraciət) təşkil edir.

Yekunda qaliblər kubok, medal və hədiyyələrlə təltif ediləcək.

Qeyd edək ki, respublika kuboku Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə keçirilir.

Mənbə: azertag.az