Ronaldo 600-ə çatdı

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo çıxış etdiyi komandalarla yerli çempionatda 600-cü matçını keçirib.

Qol.az "Opta"ya istinadən xəbər verir ki, o, buna ötən gecə "Spezia" ilə görüşdə (3:0) iştirak etməklə nail olub. Həmin oyun 35 yaşlı hücumçunun Turin təmsilçisi ilə çıxdığı 85-ci qarşılaşma kimi qeydə alınıb.

Ronaldo "Mançester Yunayted"lə Premyer Liqada 196, "Sportinq"lə əsas liqada 27, "Real"la La Liqada isə 192 matç keçirib.

Beləliklə, portuqaliyalı oyunçu forma geyindiyi komandalarla yerli çempionatda toplam 600 görüşdə iştirak etmiş olub.

Qeyd edək ki, Ronaldo bu mövsüm bütün turnirlərdə 29 matça çıxaraq, 26 qol vurub 4 qolun ötürməsini verib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Nərimanov sakinlərinin su problemi niyə həll olunmur? - Qurumdan AÇIQLAMA

SONRAKI XƏBƏR

Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir