AFFA rəhbərliyi Gənclər və İdman Nazirliyinin tədbirinə qatılmadı

AFFA rəhbərliyi Gənclər və İdman Nazirliyinin tədbirinə qatılmadı

Gənclər və İdman Nazirliyi “ExpoSport Azerbaijan 2026” idman sərgisi keçirib və sərgidə idman federasiyaları iştirak edib.

Tədbirə AFFA-da stendi ilə qatılıb.

Gənclər və idman naziri Fərid Qayıbov federasiyaların stendlərini bir-bir gəzib və rəhbər şəxslərlə görüşüb.

Maraqlıdır ki, bütün federasiyalar rəhbərlik – prezident, baş katib, vitse-prezident səviyyəsində təmsil olunsa da, AFFA yalnız Marketinq və Sponsorluq Departamentinin rəhbəri Zeynal Əhmədov iştirak edib.

AFFA-nın mətbuat xidməti isə məsələyə belə aydınlıq gətirib: “Sərgidə Marketinq və Sponsorluq Departamentinin rəhbəri iştirak edib. Digər rəhbər şəxslər qrafiklərinə görə sərgiyə qatıla bilməyiblər”.

Mənbə: qafqazinfo.az