Hacı, yoxsa Aleks? – FİFA açıqladı

FİFA-nın rəsmi saytı unudulmaz 10 nömrələrlə bağlı sorğunu yekunlaşdırıb.

Qol.az-ın xəbərinə görə, budufəki sorğuda namizədlər İstanbul təmsilçiləri “Qalatasaray” və “Fənərbaxça”nın əfsanəvi futbolçuları olmuş rumıniyalı George Hacı ilə braziliyalı Aleks de Souza olub. 604 min 305 istifadəçinin iştirak etdiyi sorğuda səslərin 55,9 faizini qazanan Aleks Hacını (44,1 faiz) geridə qoyub.

Qeyd edək ki, Hacı 1996-2021-ci illərdə “Qalatasaray”da, Aleks isə 2004-2012-ci illərdə “Fənərbaxça”da oynayıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Misgər Məmmədov: “ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub”

SONRAKI XƏBƏR

Tanınmış rus şərhçisi vəfat etdi