Bruno "Sabah"la oyunu buraxacaq

"Neftçi"nin futbolçusu Bruno Teluşi "Sabah"a qarşı keçirəcəkləri Premyer Liqanın XVIII tur maçtını buraxmalı olacaq.

Fanat.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin həkimi Şaiq Zöhrablı klubun rəsmi televiziyasına açıqlamasında deyib.

O bildirib ki, 31 yaşlı albaniyalı yarımmüdafiəçi zədə səbəbindən oynamayacaq: "Teluşi axill vətərindəki zədə ilə bağlı müalicə alır".

Zöhrablı futbolçularda koronavirus aşkarlanmadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sabah" matçı saat 18:15-də başlayacaq.

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Balıq məhsulları, dizayn, təmir və tikinti bazarları - Araşdırılacaq

SONRAKI XƏBƏR

Moskva ABŞ-ın sanksiyalarına cavab hazırlayır