"Qəbələ"nin sabiq futbolçusu baş məşqçi oldu

“Qəbələ”nin sabiq futbolçusu Aleksey Antonov baş məşqçiliyə başlayıb.

Qol.az xəbər verir ki, 34 yaşlı keçmiş müdafiəçi Ukraynanın “Çernomorets” komandasını çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Antonov gözlənilmədən istefaya göndərilən baş məşqçi Sergey Kovaletsin köməkçisi idi.

“Çernomorets” hazırda Ukrayna 2-ci liqasında 3-cü pillədədir.

Qeyd edək ki, Antonov 2015-2016-cı illərdə “Qəbələ”də çıxış edib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Qırmızı qəsəbə bu xüsiyyətlərinə görə Azərbaycanın digər bölgələrindən fərqlənir

SONRAKI XƏBƏR

Beş ərəb ölkəsində dərin maliyyə böhranı yaranıb