“Titled Tuesday Blitz” Qran-Prisinin növbəti mərhələsinin qalibi rusiyalı şahmatçı olub

“Titled Tuesday Blitz” Qran-Prisinin növbəti mərhələsinin qalibi rusiyalı şahmatçı olub

Şahmat üzrə “Titled Tuesday Blitz” Qran-Prisinin növbəti yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçılarının da iştirak etdikləri yarışın qalibi 11 turdan 10 xal toplayan rusiyalı Vladislav Artemiyev olub. Sonrakı iki pillədə 9,5 xalla onun həmyerlisi Pyotr Svidler və İran təmsilçisi Parham Maqsudlu qərarlaşıblar.

Yarışda şahmatçılarımız Vüqar Manafov 7,5, İsmayıl Şahəliyev 7 xal toplayıblar.

Turnirdə 778 şahmatçı iştirak edib.

Mənbə: azertag.az