"1-2 qələbə lazımdır ki, hər şey düzəlsin" - Visente Qomes

"Mən qısa demək istəyirəm ki, birinci hissə "Neftçi" daha yaxşı oynadı. Təhlükəli qol epizodları çox olmadı. Bəzi kiçik qol epizodları yaratsaq da, istifadə edə bilmədik. Rəqib bizdən üstün idi və qələbə qazandı".

Qol.az xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Visente Qomes Premyer Liqanın 18-ci turunda səfərdə "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, sonuncu pillədə olmaları komandaya pis təsir edir: "İstədiyimiz nəticələri əldə edə bilmirik. Mövsüm ərzində bəzi radikal dəyişikliklər etdik. Bunlar da bəzi matçlarda bizə kömək oldu. Bizə 1-2 qələbə lazımdır ki, hər şey düzəlsin. Ancaq bu məğlubiyyətə görə vəziyyət daha da çətinləşir".

Baş məşqçi istefa barədə klub rəhbərliyi ilə danışdığını deyib: "İşimi davam etdirirəm ki, vəziyyəti yaxşılaşdırım. Danışdığımız mövzular isə sirr olaraq qalır".

Qomes komandanın əsas qapıçısı Saşa Stamenkoviçin sıraya qayıdacağı vaxtı da açıqlayıb: "Bəzi oyunçular var ki, onların yoxluğu komandaya mənfi təsir edir. Stamenkoviç yaxın günlərdə kolektivlə məşq etməyə başlayacaq və gələcəkdəki matçlarda meydana çıxacaq".

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Həkimin paylaşımı gündəm oldu: "6 ildir ev ala bilmədik" - FOTO

SONRAKI XƏBƏR

"Xalq Sığorta" ötən ayda avto-sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmini - AÇIQLADI