Millimizin oyunu "Yuventus"un stadionunda - RƏSMİ

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, "Yuventus" klubuna məxsus stadionda təşkil olunacaq.

Qol.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Bildirilib ki, bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və "Yuventus" klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.

Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

“Kurtlar Vadisi”nin rejissoru: “Çoxdandır Mübariz İbrahimovun filmini çəkmək istəyirdim” – VİDEO

SONRAKI XƏBƏR

Türk Şurasına qoşulmaq istəyirik – Ukrayna