"Barselona"nın aparıcı müdafiəçisi zədələndi

"Barselona"nın aparıcı müdafiəçisi zədələndi

İspaniyanın "Barselona" klubunun aparıcı futbolçularından hesab edilən Jerar Pike yenidən zədələnib.

Sport7.az xəbər verir ki, bu haqda Kataloniya təmsilçisinin rəsmi tvitter səhifəsində məlumat paylaşılıb. 34 yaşlı müdafiəçi "Sevilya"nı 3:0 hesabı ilə məğlub etdikləri yarımfinal mərhələsinin cavab görüşündə sıradan çıxıb.

İspaniyalı oyunçu sağ dizindən xəsarət alıb. Onun nə vaxt sıraya dönəcəyi açıqlanmayıb.

Pike 2020-ci ilin noyabrından sağ dizindəki problemə görə oynaya bilməyib. Təcrübəli futbolçu fevralın 16-da Fransa PSJ-sinə qarşı Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə yaşıl meydanlara qayıtmışdı. Kataloniya klubu həmin vaxt 1:4 hesabı ilə uduzub.

Mənbə: sport7.az