Qlazqo və Dublin Avro-2020-dən məhrum edilə bilər

Qlazqo və Dublin Avro-2020-dən məhrum edilə bilər

 

Şotlandiyanın Qlazqo və İrlandiyanın Dublin şəhərləri Avro-2020 oyunlarını qəbul etmək hüququndan məhrum oluna bilər.

Bu barədə BBC məlumat yayıb.

Məlumata əsasən, buna səbəb hər iki ölkənin futbol qurumlarının matçlarda azarkeşlərin iştirakı ilə bağlı UEFA-ya təminat verə bilməməsidir.

Məsələ burasındadır ki, hər iki ölkədə yerli hökumət COVID-19 səbəbindən sərt məhdudlaşdırıcı tədbirlərin tərəfdarıdır. Avropa Futbol Assosiasiyaları Birliyinin tələblərinə görə isə yarışların keçirildiyi stadionlar ən az 50% dolu olmalıdır. Hərçənd, UEFA özü də matçlarda azarkeşlərin hansı formatda iştirak edəcəyi barədə yekun qərar qəbul etməyib.

Mənbə: www.oxu.az