Liverpulun dörd futbolçusu milli komandaya buraxılmayacaq

Liverpulun dörd futbolçusu milli komandaya buraxılmayacaq

"Goal.com"un yaydığı məlumata görə, Yurgen Klopp braziliyalı futbolçuları Alisson Bekker, Fabinyo, Roberto Firmino və portuqaliyalı Dioqo Jotanı milli komandalara buraxmayacaq.

Bildirilir ki, İngiltərənin “Liverpul” komandasının baş məşqçisinin bu addımı atmasına səbəb futbolçuların geri qayıdarkən 10 günlük karantində qalmalı olmasıdır.

Klopp, bu barədə yerli mətbuata açıqlamasında bildirib ki, futbolçularının milli komandaların düşərgələrindən qayıdarkən 10 günlük karantinə alınmayacaqları təqdirdə, onlara icazə verəcəyini bildirib.

Qeyd edək ki, Böyük Britaniya hökuməti Braziliya, Kolumbiya və Portuqaliyadan qayıdanlar üçün 10 günlük məcburi karantin tətbiq edib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com