Cüdoçumuz Kəramət Hüseynov "Böyük Dəbilqə" turnirinə qələbələrlə başlayıb

Cüdoçumuz Kəramət Hüseynov "Böyük Dəbilqə" turnirinə qələbələrlə başlayıb

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib.

Metbuat.az məlumat verir ki, ilk yarış günündə Azərbaycanın 6 idmançısı mübarizəyə qoşulub.

60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov təsnifatda Rusiya təmsilçisi Ayub Bliyev, 1/16 finalda isə Cənubi Koreyadan olan Harim Lini mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda türkiyəli Mirac Akkusla üz-üzə gələcək. Eyni çəkidəki Oruc Vəlizadə 1/16 finalda almaniyalı Morits Plafkinin müqavimətini qırmağa çalışacaq.

66 kq-dakı Nicat Şıxəlizadə 1/16 finalda bolqarıstanlı Bojidar Temelkovla, Orxan Səfərov isə eyni raundda finlandiyalı Lukas Saha ilə görüşəcək.

Qadın güləşçilərdən 48 kq çəki dərəcəsində yarışan Leyla Əliyeva və Aişə Qurbanlı 1/16 finala təsadüf edən ilk görüşlərində Özbəkistan təmsilçiləri ilə münasibətlərinə aydınlıq gətirəcək.Əliyeva Gülnur Muratbəyova, Qurbanlı Həliməcan Kurbonova ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir martın 7-dək davam edəcək. Azərbaycan Böyük Dəbilqədə 12 cüdoçu ilə təmsil olunur.(Report)

Mənbə: metbuat.az