Pike PSJ-yə qarşı oynayacaq?

Pike PSJ-yə qarşı oynayacaq?

“Barselona”nın zədəli futbolçusu Jerar Pikenin son durumu məlum olub.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, diz bağından zədə alan müdafiəçi 2-3 həftə meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, Pike Çempionlar Liqasının 1/8 finalının PSJ ilə martın 10-da səfərdə keçiriləcək cavab oyununu buraxacaq.
Qeyd edək ki, 33 yaşlı müdafiəçi “Sevilya” ilə La Liqa matçında zədələnib.

Mənbə: qol.az