“Burada qərarları mən verirəm!” - Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp haqqında səsləndirilən tənqidlərə cavab verib.

Alman mütəxəssisin komandası dünən Premyer Liqanın 27-ci turunda evdə “Çelsi”yə uduzub (0:1). Bu, “Liverpul”un tarixində ilk dəfə ardıcıl beşinci ev məğlubiyyəti olub. Hazırda mersisaydlılar 43 xalla 7-ci yerdə qərarlaşıb.

Qol.az-ın xəbərinə görə, 62-ci dəqiqədə Kloppun Məhəmməd Salahı əvəzləyərək meydana Aleks Oksleyd-Çemberleni daxil etməsi bəzi ingilis jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin tənqidi ilə qarşılanıb.

Klopp keçirdiyi mətbuat konfransında bununla bağlı suala cavab olaraq deyib: “Mən doğru olduğunu düşündüyüm addımlar atıram. Mane və ya Firminonu da əvəz edə bilərdim. Salah yorğun görünürdü, ona görə əvəzlədim. Bir də burada qərarları mən verirəm”.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Sulşer futbolçusunu Azərbaycanla oyuna buraxmır

SONRAKI XƏBƏR

Yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq - Agentlik sədri