"Bavariya"nın ulduzunun başı dərddə

"Bavariya"nın ulduzunun başı dərddə

"Bavariya"nın ulduzu Robert Levandovskinin vergidən yayındığı iddia edilir.

Offsodeplus.az "Marca"ya istinadən xəbər verir ki, polşalı hücumçu 2016-cı ilə qədər reklam gəliri üzrə vergi ödəməkdən yayınıb. Belə ki, Levandovskinin Almaniya və Polşada vergi ödənişi etmədiyi bildirilir.

Uşaqlıq dostu və vəkili olan Kamil Qorzelnikin 2,5 milyon avronu aradan qaldırdığı iddia olunur.

Qeyd edək ki, 32 yaşlı forvard mətbuata hər zaman qanuna tabe olduğunu və səlahiyyətlilərlə əməkdaşlıq etdiyini çatdırıb.

Mənbə: offsideplus.az