"Çelsi"nin sabiq ulduzu yenidən kluba qayıtmaq istəyir

"Çelsi"nin sabiq ulduzu yenidən kluba qayıtmaq istəyir

"Çelsi" klubunun sabiq futbolçusu Oskar yenidən London təmsilçisində çıxış etmək istəyir.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı braziliyalı forvard son zamanlar uğurlu çıxışının ardından yenidən "zadəganlar"ın sıralarına qoşulmaq niyyətindədir.

Hazırda Çinin "Şanxay SİPG" klubunda çıxış edən "sambaçı" çıxdığı 95 oyuna 29 qol vurub.

Qeyd edək ki, Oskar 2012-2017-ci illər aralığında "Çelsi"nin şərəfini qoruyub.

Mənbə: offsideplus.az