Cüdoçularımız günü medalsız keçirdi

Cüdoçularımız günü medalsız keçirdi

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirində ilk yarış günü başa çatıb.

Sport7.az xəbər verir ki, beynəlxalq yarışın ilk günü Azərbaycan milli komandasının 6 üzvü tatami üzərinə çıxıb. Təmsilçilərimiz günü medalsız başa vurub. Ən yaxşı nəticəyə 5-ci yerlə kifayətlənən Kəramət Hüseynov imza atıb.

Kişilər

60 kq

1/16 finalda Morits Plafki (Almaniya) üzərində qələbə qazanan Oruc Vəlizadə özbəkistanlı Kamran Nurullayevə uduzaraq mübarizəni dayandırıb.

Kəramət Hüseynov 1/32 finalda Ayub Bliyev (Rusiya), 1/16 finalda Harim Li (Cənubi Koreya), 1/8 finalda Mihrak Akkuşa (Türkiyə) qalib gəlib. Tackistinalı Şahboz Saydaburorovu məğlub edən cüdoçumuz yarımfinalda Yeldos Smetov (Qazaxıstan), bürünc uğrunda qarşılaşmada Luka Mxeidzeyə (Fransa) uduzaraq mükafatsız qalıb.

66 kq

 

1/16 finalda Bojidar Temelkovu üstələyən Nicat Şıxəlizadə Baul Ana (Cənubi Koreye) məğlub olaraq çıxışını dayandırıb. Orxan Səfərov finlandiyalı Lukas Saha ilə 1/16 final görüşündə uduzub.

Qadınlar

48 kq

 

Leyla Əliyeva 1/16 finalda Gülnur Muratbayevaya (Özbəkistan) qalib gəlsə də, Militsa Nikoliçi (Serbiya) üstələməyi bacarmayıb. Aişə Qurbanlı isə 1/16 finalda özbəkistanlı Xalimojon Kurbonova ilə bacarmayıb.

Millimiz yarışa 10 kişi və 2 qadın idmançı ilə qatılıb.

Mənbə: sport7.az