"Real" "Atletiko"dan xal alsa, yaxşı olar"

"Real" "Atletiko"dan xal alsa, yaxşı olar"

"Barselona"nın baş məşqçisi Ronald Kuman La Liqanın 26-cı turunda "Osasuna" ilə oyun ərəfəsində keçiriləcək "Atletiko"- "Real" derbisi barədə fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, o, matç öncəsi keçirilən mətbuat konfransında deyib: "Osasuna" ilə qarşılaşma çox vacibdir. Çünki bazar günü "Atletiko" və "Real" oynayır. Bir və ya hər iki komanda xal itirəcək. "Barselona" evdə güclü bir rəqibə qarşı matçda qalib gəlməlidir. Hazırlıqlı olmalıyıq.

Cədvəldə daha yüksək pillədə qərarlaşan lider komandanın xal itirməsi həmişə yaxşıdır. Ancaq "Atletiko" - "Real" matçına çox qapılmamalıyıq".

Qeyd edək ki, "Osasuna" - "Barselona" görüşü 6 mart, Madrid derbisi isə 7 mart tarixində keçiriləcək.

Mənbə: qol.az