“Şuşa, Kəlbəcər, Qubadlı, Laçının komandaları olmalıdır” - Ramin Musayev

“Ağıllı” hakimlik sistemini kəşf edən azərbaycanlı məşhur ixtiraçı Sirus Paledi “Şuşa Qalası”na sponsorluq etmək istədiyini bildirib. Tanınmış işadamı, ölkə prezidenti İlham Əliyevlə AFFA rəhbərliyindən Şuşa komandasına xüsusi diqqət göstərməyi xahiş edib.

KONKRET.az xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib ki, futbolumuza kömək edən və bu istəkdə olan şəxsləri dəstəkləyir.

 

“Bizə doğru bir addım gələnlərə iki addım gedirik. Şuşa komandasına kömək etmək niyyətində olan iş adamı Sirus Paledinin istəyini müsbət qiymətləndirirəm. Şuşa təmsilçisiylə yanaşı, Kəlbəcər, Qubadlı, Laçın və başqa bölgələrin klubları da olsa çox gözəl, möhtəşəm olar. Yeni formalaşdırılacaq komandaların birinci divizionda iştirak etməsini istəyirəm. Allah, prezident, Ali Baş Komandan İlham Əliyevə ömür versin. İşğaldan azad olunan bölgələrimizdə bərpa işləri aparılsın, yaşayış olsun, stadion tikilsin. O vaxta kimi komandalara sponsorluq edən olsa, iki əlli, onlara böyük məmnuniyyətlə dəstək, kömək olmağa hazırıq. Bunu özümüzə borc hesab edirik. Bu, alınarsa bizə şərəf, fəxr, futbolumuzun da inkişafına təkan olar. Yarışlarda iştirak həmin bölgələri dünyaya tanıtmaq baxımından böyük təbliğatın hissəsinə çevrilər”. Supersport.az

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Yaponlar korona stresini belə atır - VİDEO

SONRAKI XƏBƏR

Ayrapetyan: "Paşinyan və onun komandası hakimiyyətə gəlmiş dələduz bir dəstədir"