“Böyük dəbilqə” turniri Kazanda keçiriləcək

“Böyük dəbilqə” turniri Kazanda keçiriləcək

 

Cüdo üzrə “Böyük dəbilqə” turniri Fransanın paytaxtı Parisdən Rusiyanın Kazan şəhərinə köçürülüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında məlumat verilib.

Turnir mayın 5-dən 7-dək keçiriləcək. Məlumatda bildirilib ki, turnirin yerinin dəyişdirilməsi Fransanın yarışı təşkil etməkdən imtina etməsi ilə əlaqədardır. Yarış Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq.

“Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışların keçirilməsi cari il iyulun 23-dən avqustun 8-dək tarixlərinə dəyişdirilib. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək təşkil olunacaq.

 

 

Mənbə: qafqazinfo.az