“Bavariya” 18 yaşlı yarımmüdafiəçisi ilə ilk peşəkar müqaviləni bağladı

 

“Bavariya” yarımmüdafiəçi Camal Musiala ilə müqavilə imzalayıb.

Sport.ru bildirir ki, bu, 18 yaşlı futbolçunun karyerasında ilk peşəkar müqavilədir.

Sənədə əsasən, Musiala 2026-cı ilədək münhenlilərin heyətində çıxış edəcək.

Onun ildə 5 milyon avro qonorar alacağı bildirilir.

Qeyd edək ki, bugünədək Musiala 27 oyunda “Bavariya”nın şərəfini qoruyub. O, iştirak etdiyi matçlarda 4 qol vurub.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

AAİİ-da Ermənistan Türkiyəyə qarşı - Erməni nankorluğu davam edir

SONRAKI XƏBƏR

Övladını boğaraq öldürən ana daha sonra özünə qəsd etdi