Cüdo komandamız “Böyük dəbilqə”də 15-ci yerdədir

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində ikinci günün yarışlarına yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, komandamız 1 bürünc medalla 15-ci pillədədir.

Yaponiya komandası 5 qızıl, 1 gümüş, 1 bürünc medalla turnir cədvəlinə liderlik edir.

Yığmamızın aktivinə bürünc medalı Rüstəm Orucov (73 kiloqram) yazdırıb.

Bu gün mübarizə aparmış digər cüdoçularımız isə yarışı medalsız tərk ediblər. Belə ki, 81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yarışa uğurla başlayaraq fransalı Nikolas Çiları məğlub etsə də, sonrakı mərhələdə qırğızıstanlı Vladimir Zaloyevin öhdəsindən gələ bilməyib. Həmin çəki dərəcəsində daha bir idmançımız - Hidayət Heydərov isə ilk görüşdə braziliyalı Gilyerme Şmidtə uduzaraq turnirdə çıxışını başa vurub.

Martın 7-dək davam edəcək turnirdə Azərbaycanın 12 cüdoçusu mübarizə aparır.

 

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı

SONRAKI XƏBƏR

Lənkəranda fərdi yaşayış evi yanıb