"Mançester Siti"nin hücumçusu A Seriyasına keçə bilər

"Mançester Siti"nin hücumçusu Serxio Aquero karyerasını "Yuventus"da davam etdirə bilər.

Sport7.az xəbər verir ki, bu barədə "Sport Mediaset” bildirib.

Aquero "Mançester Siti"yə 2011-ci ilin yayında "Atletiko"dan (Madrid) keçib. Transferin məbləği 40 milyon avro təşkil edib. Onun "şəhərlilər"lə müqaviləsi iyunun 30-da başa çatacaq. Otuz iki yaşlı argentinalı İngiltərənin cari çempionatında altı matçda iştirak edib, ancaq səmərəli oyunu ilə yadda qalmayıb.

Aquero Çempionlar Liqasında 4 matç keçirib və 2 dəfə fərqlənib.

Serxionun gedəcəyi təqdirdə klubda onu əvəzləyəcək oyunçu müəyyənləşdirildiyi də bildirilir.

Sport7.az

ƏVVƏLKİ XƏBƏR

92 yaşlı qadına təcavüz edib ÖLDÜRDÜ

SONRAKI XƏBƏR

Millət vəkili Əminə Ağazadə seçicilərinin problemləri ilə maraqlanıb