Xavi Qətər çempionu oldu

Xavi Qətər çempionu oldu

Qətər çempionatında mövsümün qalibi məlum olub.

Qol.az xəbər verir ki, "Barselona"nın keçmiş futbolçusu Xavi Ernandin çalışdırdığı “Əl Sədd” qızıl medalları qazanıb.
Komanda sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. "Əl Sədd” 18 turdan sonra 50 xalla liderdir və ən yaxın izləyicisi “Əl Duhail”i 13 xal qabaqlayır.

Bu, 2019-cu ilin mayından “Əl Sədd”i çalışdıran Xavinin ilk liqa çempionluğudur. Buna qədər isə Xavinin komandası iki dəfə Vəliəhd, hərəsindən bir dəfə isə Şeyx Yassim Kuboku, Qətər Ulduz Kuboku və Qətər Əmir Kubokunu qazanıb.

Mənbə: qol.az