"Bavariya"nın təklifini rədd etdi

"Bavariya"nın təklifini rədd etdi

"Bavariya" futbolçusu Kinqsli Komana yeni müqavilə təklif edib.

Qol.az "Kicker"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi 24 yaşlı yarımmüdafiəçi ilə sözləşməni 2026-cı ilin yayınadək uzaqtmaq istəyib. Koman isə "Bavariya"nın bu təklifini rədd edib. Ona görə də tərəflər arasında danışıqların dayandırılacağı bildirilib.

Daha əvvəl fransalı oyunçunun "Mançester Yunayted"dən daha yaxşı təklif aldığı haqda xəbərlər yayılmışdı. "Qırmızı şeytanlar"ın futbolçuya həftədə 260 min funt sterlinq ödəməyə hazır olduğu idda edilirdi. Onun "Bavariya" ilə müqaviləsinin müddəti isə 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Koman bu mövsüm Bundesliqada 19 matça çıxaraq, 3 qol vurub və 9 qolun ötürməsini verib.

Mənbə: qol.az