"Əks-halda azarkeşlərimizi itirəcəyik"

"Əks-halda azarkeşlərimizi itirəcəyik"

"Yuventus"un prezidenti Andrea Aqnelli koronavirus pandemiyası zamanı futbolda baş verən dəyişikliklərdən danışıb.

Qol.az xəbər verir ki, 45 yaşlı rəhbər deyib:

"Birgə işləməyimiz 2019/2020 mövsümünü başa vurub, növbəti mövsümünə başlamağımızı təmin etdi. Ancaq koronavirusla əlaqəli problemlər hələ də qalmaqdadır. Futbol dəyişməlidir. Hələ də stadionlarda azarkeş yoxdur. Belə şeyləri təbii qəbul edə bilməzsiniz.

Möhtəşəm matçların təşkili üzərində işləməliyik. Əks-halda azarkeşlərimizi itirəcəyik. Buna görə UEFA ilə bu istiqaməti müzakirə edirik. Azarkeşləri diqqət mərkəzinə salmalıyıq. Mövcud sistem müasir azarkeşlər üçün uyğun deyil".

Mənbə: qol.az