"Fasilədən sonra ayağımızda top görmədim" - Visente Qomes

"Demək olar ki, ilk hissə qarşılıqlı hücumlarla yaxşı keçdi. İkinci hissədə isə rəqib daha yaxşı oynadı və səhvimizdən istifadə edərək, hesabı bərabərləşdirdi. Fasilədən sonra ayağımızda top görmədim. Buna görə geriyə çəkilməyə məcbur olduq".

Qol.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Visente Qomes evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 19-cu tur matçından sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis daha sonra bildirib: "Komandanın son oyunlarda psixoloji problemlərin nədən qaynaqlanmasını bilmirəm, bunu futbolçulardan soruşmaq lazımdır. Son 3 oyunda hesabı biz açsaq da, bunu qoruya bilmirik. İlk hissələrdə oyuna hakim olan tərəf bizik, amma son nöqtəni qoya bilmirik. Buraxdığımız qoldan sonra işlər əksinə çöndü, oyun istədiyimiz kimi getmədi. Fasilədə futbolçulara bu barədə məlumat vermişdim".

Qol.az

ƏVVƏLKİ XƏBƏR

İran XİN Roma Papasının İraqda şiələrin lideri ilə görüşü barədə "...ÇOX VACİB İDİ"

SONRAKI XƏBƏR

BNA yol nişanını görün hara qoyub - VİDEO