Qvardiola: “21 dəfə ardıcıl qələbənin çətinliyini anlamaq üçün uduzmaq lazımdır”

Qvardiola: “21 dəfə ardıcıl qələbənin çətinliyini anlamaq üçün uduzmaq lazımdır”

 

İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən Mançester derbisində məğlub olan “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola maraqlı açıqlamalar edib.

Sports.ru portalının məlumatına görə, qarşılaşmadan öncə 21 oyunluq qalibiyyət seriyasına imza atan komandanın çalışdırıcısı məğlubiyyətin əhəmiyyətini vurğulayıb.

“21 dəfə ardıcıl qələbənin çətinliyini anlamaq üçün uduzmaq lazımdır”, - deyə Qvardiola bəyan edib.

O, həmçinin Serxio Aqueronun meydandan kənarda qalmasına da münasibət bildirib.

“Bəlkə də bu səhv qərar idi. Mən bilmirəm. Heç kim bilmir”, - deyə Pep qeyd edib.

Mənbə: www.oxu.az