İFFHS Avropa yığmasını açıqlayıb

İFFHS Avropa yığmasını açıqlayıb

20 yaşadək futbolçulardan ibarət Avropa yığması açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2000-ci il və daha sonra anadan olan 11 oyunçunu müəyyənləşdirib.

4-3-3 sistemi ilə qurulan heyətdə türkiyəli Ersin Destanoğlu da yer alıb. “Beşiktaş”ın qapıçısı Ansu Fati, Erlinq Haland, Ceydon Sanço ilə eyni komandaya daxil edilib.

Qapıçı: Ersin Destanoğlu (Türkiyə, “Beşiktaş”);

Müdafiəçilər: Tariq Lampti (İngiltərə, “Brayton”), Erik Qarsia (İspaniya, “Mançester Siti”), Uesli Fofana (Fransa, “Lester”), Miçel Bakker (Niderland, PSJ);

Yarımmüdafiəçilər: Sandro Tonali (İtaliya, “Yuventus”), Fil Foden (İngiltərə, “Mançester Siti”), Eduardo Kamavinqa (Fransa, “Renn”);

Hücumçular: Ceydon Sanço (İngiltərə, “Borussiya” D), Erlinq Haland (Norveç, “Borussiya” D), Ansu Fati (İspaniya, “Barselona”).

Mənbə: apa.az