Azərbaycan “PRO CLUB FIFA 21”də ardıcıl iki qələbə qazandı

Azərbaycan “PRO CLUB FIFA 21”də ardıcıl iki qələbə qazandı

Kiberfutbol Assosiasiyası tərəfindən FİFA tərəfindən təsdiqlənən beynəlxalq turnirə start verilib.

Hər komandada 11 iştirakçının olduğu mötəbər yarışda ölkəmizi “Gaming League” Azərbaycan təmsil edir.

Yarışın qaydaları real futbolda olan reqlamentə oxşardır. Hər liqanın ilk 3 yeri bir üst liqaya yüksəlir və eyni qayda olaraq üst liqalardakı son 3 yerin sahibi aşağı liqaya yollanır. Əsas liqanın yəni Premyer-Liqada ilk 3 yerin sahibi Çempionlar liqası, 4-5-6 yerləri isə Avropa liqası beynəlxalq turnirlərinə vəsiqə qazanır.

Sadalananlardan əlavə olaraq Kiberfutbol Assosiasiyası tərəfindən “Friendship Cup” və “Fast Cup” kimi həftəlik və günlük uduşlu turnirlər, həmçinin millilər formatında Dünya çempionatı və Avropa çempionatı da keçirilir.

“Gaming League Azerbaijan”ın heyətində Rüfət Niftəliyev, İbrahim Kərimov, Cavid Qurbanov, Tural Həsənov, Süleyman Quluzadə, Ayxan Əliyev, Vahid Əfəndiyev, Ənvər Əliyev, Nihad Məmmədov, Azər Əliyev, Vüqar Alışov, Orxan Əliyev və Alpay Calalı çıxış edir.

“FİFA Pro” təmsilçimiz artıq üç görüş keçirib. “Team Kaban”a 3-4 hesabıyla uduzan təmsilçimiz “VFC Pirates” və “Atalanta”ya minimal hesabla qalib gəlib (1-0).

Mənbə: www.oxu.az