Olimpiadaya lisenziya verən Dünya Kuboku ləğv olundu

Olimpiadaya lisenziya verən Dünya Kuboku ləğv olundu

Mayın 4-də Yaponiyanın paytaxtı Tokioda keçirilməli olan idman gimnastikası üzrə Dünya Kuboku ləğv olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Yaponiya Gimnastika Assosiasiyası məlumat yayıb.

Ləğvə səbəb idman gimnastikası üzrə Olimpiadaya lisenziya verən Almaniyanın Ştutqart və Böyük Britaniyanın Birminqem şəhərlərindəki Dünya Kuboku yarışlarının pandemiya səbəbindən keçirilməməsidir. Bu üzdən də Tokiodakı yarışın keçirilməsinin mənası qalmayıb.

Bunun əvəzinə mayın 4-də Tokioda test xarakterli yarış keçiriləcək.

Qeyd edək ki, idman gimnastikasında Azərbaycanın iki atleti Olimpiadaya lisenziyanı qazanıb. Bunlar İvan Tixonovla Marina Nekrasovadır.

Səbuhi Musayev

Mənbə: www.oxu.az