PSJ - "Barselona" oyunu ona həvalə olundu

PSJ - "Barselona" oyunu ona həvalə olundu

Çempionlar Liqasının 1/8 finalında sabah keçiriləcək iki cavab oyununa hakim təyinatları açıqlanıb.

Qol.az xəbər verir ki, PSJ - "Barselona" görüşü İngiltərə Futbol Federasiyasından Entoni Teylora tapşırılıb. Ona Qari Beşvik və Adam Nunn köməklik edəcək. Dördüncü hakim funksiyasını David Koote yerinə yetirəcək.

"Liverpul" - "Leyptsiq" matçı isə Fransa Futbol Federasiyasından Klement Turpinə həvalə olunub. Nikolas Danos, Kuril Qrinqore köməkçik hakimlər, Frank Şneyder dördüncü hakim olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saa 00:00-da başlayacaq.

Mənbə: qol.az