"Borussiya" klubu baş məşqçisi ilə müqaviləni yeniləyib

"Borussiya" klubu baş məşqçisi ilə müqaviləni yeniləyib

Almaniyanın "Borussiya" (Dortmund) komandası baş məşqçisi Lüsyen Favr ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis 2021-ci il iyunun 30-na kimi komandaya rəhbərlik edəcək.

Favr 2018-ci ilin mayından Dortmund təmsilçisinə rəhbərlik edir. Komanda ötən mövsüm Bundesliqada 76 xalla ikinci yeri tutub. "Bavariya" isə 78 xalla ölkə çempionu olub.

Mənbə: report.az