Endru Viqqins dünya çempionatında iştirak edəcək

Endru Viqqins dünya çempionatında iştirak edəcək

"Minnesota"nın forvardı Endru Viqqins Kanada millisinin heyətində dünya çempionatında iştirak edəcək.

Bu barədə "SportsNet" məlumat yayıb. 24 yaşlı basketbolçu gənclər səviyyəsində yığmanın formasını bir neçə dəfə geysə də, əsas millidə sonuncu dəfə 2015-ci ildə keçirilən Amerika çempionatında oynayıb.

Dünya çempionatında Kanada yığmasını NBA-nın qalibi "Toronto"nun baş məşqçisi Nik Nörsün çalışdıracağı gözlənilir.

Qeyd edək ki, DÇ-2019 31 avqust - 15 sentyabr tarixlərində Çinin ev sahibliyində keçiriləcək.

Sport7.az

Mənbə: sport7.az