“Qarabağ”ın Çempionlar Liqasının yeni mövsümündə ilk rəqibi müəyyənləşib

“Qarabağ”ın Çempionlar Liqasının yeni mövsümündə ilk rəqibi müəyyənləşib

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklar mövsümündəki ilk rəqibi müəyyənləşib.

APA-nın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan püşkatmanın nəticəsinə əsasən Qurban Qurbanovun yetirmələri ilk matçı səfərdə keçirəcək. Bu oyun iyulun 9-u və ya 10-da baş tutacaq. Cavab qarşılaşması isə bir həftə sonra oynanılacaq.

Qarşılaşmaların vaxtı püşkatmadan sonra dəqiqləşəcək.

Mənbə: apa.az