Lempardı Terri əvəzləyəcək

Lempardı Terri əvəzləyəcək

"Derbi"nin baş məşqçisi Frenk Lempard tezliklə "Çelsi"nin "sükanı arxası"na keçə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Çempionşip təmsilçisi artıq bununla barışıb.

Klub rəhbərliyi indidən Lemparda əvəzləyici axtarışına başlayıb. Maraqlıdır ki, Lempardın "Çelsi"yə gedişi təqdirində, onu keçmiş komanda yoldaşı Con Terri əvəz edə bilər. Yaxın iki gündə hər iki təyinatın açıqlanması gözlənilir.

Qeyd edək ki, Lempard və Terri 2001-2014-cü illərdə "Çelsi"nin formasını geyinib.

Milli.Az

Mənbə: news.milli.az