"Neftçi"nin kapitanı: "Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”

"Neftçi"nin kapitanı: "Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”

"Bizi ağır oyun gözləyir. Hər bir halda çətin olacaq. Çünki indi asan rəqib yoxdur".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov UEFA Avropa Liqasının I təsnifat mərhələsində püşkün nəticəsini dəyərləndirərkən deyib. Təcrübəli yarımmüdafiəçi Moldova "Sperantsa"sı barədə məlumatsız olduqlarını bildirib. Lakin onun fikrincə, baş məşqçi Roberto Bordin əvvəllər Moldovada çalışdığı üçün rəqiblə bağlı komandanı məlumatlandıracaq: "Rəqibin güclü və zəif tərəflərini biləcəyik. Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”.

Qeyd edək ki, "Neftçi” və "Sperantsa” arasındakı ilk oyun iyulun 11-i "Bakcell Arena”da, cavab oyunu isə ayın 18-i səfərdə keçiriləcək.

Mənbə: report.az