PSJ-nin prezidentindən Mbappe açıqlaması - "Ona vəzifələrini izah etdim"

PSJ-nin prezidentindən Mbappe açıqlaması - "Ona vəzifələrini izah etdim"

Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xələfi komandanın hücumçusu Kilian Mbappenin gələcəyi ilə bağlı açıqlama verib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu haqqında danışan klub rəhbəri, bunları deyib:

"O, oyunlarda daha çox olmaq, bu komanda, bu klubla birlikdə inkişaf etmək, böyümək istəyir. Mən ona vəzifələrini izah etdim. O, ağıllı bir gəncdir, əminəm ki, hər şeyi başa düşdü.

Mbappe PSJ-də qalırmı? Mən buna 100 yox, 200 faiz əminəm. Bu çılğın oğlana getmək üçün icazə vermirəm".

 

Mənbə: news.milli.az