Voynarovki: "Kavay Lenard "Leykers"i yox, "Klippers"i hədəfləyir"

Voynarovki: "Kavay Lenard "Leykers"i yox, "Klippers"i hədəfləyir"

 

"Toronto"nun forvardı Kavay Lenard doğma şəhəri Los-Ancelesə qayıtmaq niyyətindədi.

 

ESPN-in insayderi Edrian Voynarovskinin məlumatına görə, 27 yaşlı basketbolçu "Leykers"də yox, şəhərin digər təmsilçisi - "Klippers"də oynamaq barədə düşünür.

 

"Kavay "Leykers"i yox, "Klippers"i hədəfləyir. İlk növbədə "Leykers" onun istədiyi məbləği ödəmək gücündə deyil. İkincisi, Lenard komandada "üçüncü güc" olmağı sevmir. Bu, onun üsulu deyil. "Klippers" və "Rəptors" arasında Lenard uğrunda mübarizə gedəcək. Ancaq onun başqa komandalarla görüşmək ehtimalı da istisna deyil. Hazırda Lenardın "Leykers"lə görüşüb-görüşməyəcəyi isə bəlli deyil", - deyə Voynarovski "Get Up" proqramında bildirib.

 

 

Mənbə: sport7.az