Futzal millimiz bu gün Slovakiya ilə qarşılaşacaq

Futzal millimiz bu gün Slovakiya ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 3-cü qrupdakı beşinçi sınağında səfərdə Slovakiya yığması ilə qarşılaşacaq. Levitse İdman Sarayındakı görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Millinin heyətində Tyaqo Bolinya və Hadi Ahmadi zədə səbəbindən oynaya bilməyəcək. Yüngül zədəsi olan Amir Şocayi isə baş məşqçi şans verəcəyi təqdirdə, meydana çıxacaq.

Avropa çempionatının seçmə mərhələsi

IV tur

3-cü qrup

18:00. Slovakiya - Azərbaycan

Hakimlər: Kirill Naishouler, Arttu Kyynaeraeinen, Martin Matula

Levitsa İdman Sarayı

Qeyd edək ki, 4 turdan sonra 12 xalı olan Azərbaycan millisi tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Slovakiya seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.

Mənbə: report.az