Türk Şurası ölkələri futbol sahəsində əməkdaşlıq sazişi imzalayıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin futbol federasiyaları arasında əməkdaşlıq barədə saziş imzalanıb.

Trend-in məlumatına görə, sazişə əsasən, təşkilatın üzv ölkələri arasında turnirlərin, yoldaşlıq görüşlərinin, birgə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, saziş uşaq futbolu, tədris, hakimlik sahələrində əməkdaşlığı nəzərdə tutur.

Sazişi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevlə yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Macarıstan futbol federasiyalarının rəhbərləri imzalayıb.

İmzalanma mərasimində, həmçinin Türk Şurasının baş katibi Bağdad Amreyev də iştirak edib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda yetkinlik yaşına çatmayan qız əkiz uşaq dünyaya gətirdi - ŞOK TƏFƏRRÜAT

SONRAKI XƏBƏR

Kreml: Putin-Bayden görüşü ABŞ-ın gələcək addımları nəzərə alınmaqla mümkün olacaq