"Atalanta"nın baş məşqçisinə 20 günlük cəza verilə bilər

"Atalanta"nın baş məşqçisinə 20 günlük cəza verilə bilər

"Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini diskvalifikasiya olunacaq.

Sport7.az saytının məlumatına görə, italiyalı mütəxəssis antidopinq inspektorunu təhqir etdiyi üçün cəzalanacaq. Antidopinq prokuroru Pyerfilippo Laviani Qasperininin 20 günlük kənarlaşdırılmasını tələb edib. Belə cəza onun İtaliya kubokunun finalından kənar qalması ilə nəticələnəcək.

İnspektorun hesabatında göstərilib ki, gözlənilməz yoxlama zamanı baş məşqçi futbolçulardan birinin müayinəsini erkən dayandırmağa məcbur edib. O, oyunçunu məşqə göndərib. Onun belə davranışı antidopinq kodeksinin pozulması ittihamına səbəb olub.

Qasperini ilə bağlı qərar mayın 10-da veriləcək.

Mənbə: sport7.az