“Bavariya” ilə danışıqlar olmayıb və olmayacaq"

“Bavariya” ilə danışıqlar olmayıb və olmayacaq"

“Leyptsiq”in baş məşqçisi Yulian Naqelsmann “Bavariya”nı çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az “DW Sports”a istinadən xəbər verir ki, məşhur almaniyalı veteran futbolçu Lottar Matteus “Sky Sports”a açıqlamasında Naqelsmannın Münhen təmsilçisinə baş məşqçilik edəcəyini deyib: “Flikə Almaniya millisinin məşqçisi olmaq təklif edilib. Bundesliqanın axırıncı turunda “Auqsburq”la oyun Flikin “Bavariya”dakı son matçı olacaq. Klub onsuz da Naqelsmannı Flikin əvəzedicisi kimi düşünür”.

33 yaşlı mütəxəssis isə Matteusun sözlərinə belə reaksiya verib: “Bavariya” ilə danışıqlar olmayıb və olmayacaq. Matteusun bu məlumatı haradan aldığına dair heç bir fikrim yoxdur. Əlbətdə bu, menecerlərimə də aiddir. Çünki onlar da danışıqlar aparmayıblar. Müzakirə ediləcək bir şey olmadığı üçün klubla danışmadım. “Leyptsiq”lə 2023-cü ilədək müqaviləm var”.

Mənbə: qol.az