"Real"ın futbolçusu üçün iki klub mübarizəyə atıldı

"Real"ın futbolçusu üçün iki klub mübarizəyə atıldı

"Real”ın futbolçusu Lukas Vaskesin heyətində görmək istəyən daha bir nəhəngin adı bəlli olub.

Sport7.az xəbər verir ki, müqaviləsi bu ilin yayında başa çatacaq yarımmüdafiəçi Fransa çempionatında çıxış edə bilər. PSJ Lukası heyətinə qatmaqda maraqlıdır. Bununla da parislilər "Bavariya”ya rəqib olub. Çempionlar Liqasının 1/4 finalında üz-üzə gələn bu iki komanda Vaskes üçün də mübarizə aparacaq.

"Real”la yarımmüdafiəçi yeni müqavilənin şərtlərində razılığa gələ bilmədiyindən oyunçunun klubunu dəyişəcəyi gözlənilir. 3 illik müqavilə təklif edən paytaxt təmsilçisi maaşın indikindən təxminən 10 faiz az – təxminən 3 milyon avro təşkil etməsini istəyirsə, Lukas qazancının artmasını tələb edir.

Mənbə: sport7.az