PSJ-dən ilk

Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində "Bavariya” ilə PSJ arasında keçirilən cavab oyununda almanlar 1:0 hesablı qələbə qazansa da, mübarizəni dayandırıb.

Sport7.az xəbər verir ki, ilk görüşdə səfərdə 3:2 hesablı qələbə qazanan Fransa çempionu məhz səfər qolları sayəsində yarımfinala adlayıb. Bununla Çempionlar Liqası tarixində ilk dəfə mövcud çempion bir il əvvəl finalda üstələdiyi rəqibə pley-off mərhələsində məğlub olub.

PSJ-nin yarımfinaldakı rəqibi "Borussiya” (Dortmund, Almaniya) – "Mançester Siti” (İngiltərə) cütünün qalibi olacaq.

 

Sport7.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan 79 ölkəyə məhsul ixrac edib

SONRAKI XƏBƏR

Finlandiya öz ərazisində Putinlə Baydeni görüşdürməyi təklif etdi