"O qədər də maraqlı oyun olmadı" - Ramin Quliyev

"O qədər də maraqlı oyun olmadı. Amma hər iki komanda meydanda yaxşı mübarizə apardı. Hesab oyuna görə oldu. "Keşlə" komandasını yaxşı analiz etmişdik. Sonda meydanda 1 qol çatmadı. Uşaqlar yaxşı mübarizə apardı. Bu, məni çox sevindirir".

Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqansının 23-cü turunda səfərdə "Keşlə" ilə 0:0 hesablı heç-heçə edən "Sabah"ın baş məşqçisi Ramin Quliyev mətbuat konfransında deyib:

- Komandanın dördüncü qapıçısını hansı səbəbə görə meydana buraxdınız?

- Nicat Mehbalıyev gəncdir. Onun ilk oyunu idi. Nicat eyni zamanda gənclərdən ibarət Azərbaycan yığmasının əsas qapıçısıdır. Sözsüz ki, hər dəfə yox, amma ara-sıra şans vermək olar. Klub olaraq biz gənc futbolçuları sınamalıyıq. Gələcək üçün lazım olacaq. Onu təbrik edirəm.

- Sizin digər belə gənc qapıçınız var. Bu məntiqlə ona da şans verəcəksiniz?

- Bəli, o da gözlənilir. Biz elə ona görə Alvaronun adını heyətə salmadıq ki, Nicata nəsə olsa, digər gənc qapıçımız Samiqulinə şans verək. Gələcək oyunlarda hər bir qapıçı iştirak edəcək.

- Komanda 2 oyundur qol vura bilmir. Bu çatışmazlığı necə aradan qaldırmaq mümkün olacaq?

- Razıyam sizinlə. Ötən oyunda da komanda şanslarından istifadə edə bilmədi. Qol vurmaq üçün vaxt lazımdır. Amma qol buraxmamağımız sevindirici haldır.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Mingəçevirdə usta işlədiyi evdə qəfildən dünyasını dəyişib

SONRAKI XƏBƏR

Koronanın yeni variantı: Peyvəndin təsirini azaldır...