Cüdoçularımız Avropa çempionatında uduzdular

Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatında ikinci günün yarışları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Tokio 2020”yə lisenziya xarakterli yarışın ikinci günündə iki idmançımız mübarizəyə qoşulsa da, çıxışlarını erkən başa vurublar.

Belə ki, kişilər arasında 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov onaltıdabir finalda almaniyalı Niklas Bloxla qalib gəlsə də, növbəti mərhələdə Belçika təmsilçisi Matias Kasseyə məğlub olub.

Onunla eyni çəkidə mübarizə aparan Murad Fətiyev türkiyəli Vedat Albayrakla ilk qarşılaşmasında uduzub.

Qeyd edək ki, turnirin birinci günündə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov bürünc medal qazanıb.

Qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparır. Yarışda Azərbaycanı doqquz idmançı təmsil edir.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

"Qızımın yanında döydü, küçədə sürüdü, videoları da qardaşıma göndərdi" - Bakıda qadın şantaj olunub TƏFƏRRÜAT

SONRAKI XƏBƏR

“Norviç Siti” sona beş tur qalmış Premyer Liqaya vəsiqə qazandı