Aydın Süleymanlı “Vladimir Bato Kontiç” memorialında liderdir

Monteneqronun Nikşiç şəhərində start götürən şahmat üzrə “Vladimir Bato Kontiç” memorialının ikinci turunun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, turnirə qələbə ilə start verən Azərbaycan şahmatçısı Aydın Süleymanlı Ukrayna təmsilçisi Yuliya Osmakı üstələyərək, aktivinə daha bir xal yazdırıb.

Aydın Süleymanlı 2 xalla turnir cədvəlində liderliyi ələ keçirib.

Yarış İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir. Turnirdə altısı qrossmeyster olmaqla, 20 şahmatçı iştirak edir.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Yeganə Həsənova koronavirusa yoluxdu

SONRAKI XƏBƏR

Emmanuel Makron Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir