"Real" "Barselona"nı təbrik etdi

"Real" "Barselona"nı təbrik etdi

"Real" əzəli rəqibi "Barselona"nı İspaniya kubokunun qalibi münasibəti ilə təbrik edib.

Qol.az xəbər verir ki, bununla bağlı Madrid klubu "Tvitter" hesabında yazıb: "Barselona"nı və azarkeşlərini 2021-ci ildə layiq görüldükləri İspaniya kuboku münasibətilə təbrik edirik".

Qeyd edək ki, Kataloniya təmsilçisi finalda "Atletik"ə 4:0 hesabı ilə qalib gələrək tarixində 31-ci dəfə bu kuboku qazanıb.

Mənbə: qol.az